WhatsApp
Bakı · aradakı adam yoxdur

Sayt, QR menyu və WhatsApp bot.

Kiçik biznesin rəqəmsal işlərini bir nəfər görür: vitrin saytı, telefonda açılan menyu, istənilən link üçün QR kod və WhatsApp-da avtomatik cavablar. Agentlik deyil — layihəni yazan adamla danışırsınız.

Restoran və kafelər Gözəllik salonları Mağaza və xidmət Kiçik şirkətlər Klinika və anbarlar

Cavab adətən 1 saat içində · +994 55 924 10 90

QR generator canlı

ünvanı yazın
kod burada yaranır

Masa üçün hazırdır.Kodu yükləyib çap edin. Sifariş verəndə logolu dizayn, çap faylı və linki sonradan dəyişə bilən variant hazırlayıram — QR eyni qalır.

Xidmətlər

Beş iş görürəm, hamısını da sona qədər.

Hər layihə eyni qaydada gedir: danışırıq, qiyməti deyirəm, işi görürəm, təhvil verirəm. Aralıqda menecer yoxdur.

3–7 gün

Vitrin və korporativ sayt

Bir səhifəlik vitrindən çoxsəhifəli sayta qədər. Telefonda düzgün açılır, Google-da tapılır, öz domeninizdə qalır — sonra başqasına da ötürə bilərsiniz.

  • 1–12 səhifə
  • Domen + hosting
  • SEO əsasları
  • Admin panel

> deploy site.az

1–2 gün

QR kod və rəqəmsal menyu

İstənilən link üçün QR: restoran menyusu, Instagram, ödəniş, ünvan, rəy formu. Menyunu şəkil kimi deyil, axtarıla bilən səhifə kimi qururam — qiyməti dəyişmək bir dəqiqəlik işdir.

  • Çap üçün vektor
  • Link dəyişir, QR qalır

> generate qr --menu

2–4 gün

WhatsApp cavablandırılması

Gecə 11-də qiymət soruşan müştəri cavabsız qalmasın. Salamlama, iş saatları, qiymət siyahısı, ünvan, sifariş qəbulu — avtomatik. Söhbət çətinləşəndə sizə ötürülür.

  • WhatsApp Cloud API
  • Düymələr və menyular
  • Sheets / CRM

> bot.start()

2–6 həftə

Fərdi proqram və tətbiqlər

Sahədən asılı olmayaraq: klinika üçün növbə və pasiyent bazası, anbar və satış uçotu, kuryer izləmə, məktəb və kurs idarəetməsi, daxili hesabat panelləri. Excel-də saxladığınız işi normal proqrama çeviririk.

  • .NET / ASP.NET Core
  • Veb tətbiq
  • Masaüstü
  • Hesabat və rollar

> dotnet run --release

Razılaşma ilə

Digər development işləri

Mövcud saytın təmiri və sürətləndirilməsi, inteqrasiyalar, avtomatlaşdırma. Ödəniş sistemləri, anbar və Excel köçürməsi, API və bot işləri, aylıq texniki dəstək.

  • Ödəniş inteqrasiyası
  • API və avtomatlaşdırma
  • Aylıq dəstək

> git commit -m "fix"

Canlı nümunə

QR menyu belə görünür.

Müştəri masadakı kodu oxutduran kimi telefonunda bu səhifə açılır. Şəkil deyil — kateqoriyalar, axtarış, qiymətlər. Siz admin paneldən qiyməti dəyişirsiniz, kod eyni qalır.

  • Tətbiq yükləmək lazım deyil — brauzerdə açılır.
  • Səhər menyusu, endirim, stopkart — bir düymə ilə söndürülür.

Kodu telefonla oxudun

Nümunə menyu açılır

menyu.devline.az

Mangal House

KababSalatİçki

Tikə kabab

quzu, 220 q

12 ₼

Lülə kabab

dana, 200 q

10 ₼

Toyuq qanad

6 ədəd

8 ₼

Sac (2 nəfər)

tərəvəzli

24 ₼
Rezerv və sifarişWhatsApp
WhatsApp avtomatlaşdırması

Müştəri yazır. Cavab 2 saniyəyə gedir.

Tez-tez verilən sualların 80%-i eynidir: qiymət, iş saatı, ünvan, çatdırılma. Onları bir dəfə yığırıq, qalanını sistem edir. Siz yalnız real söhbətlərə vaxt sərf edirsiniz.

  • Salamlama və düymələrlə menyu — müştəri yazmadan seçir.
  • İş saatından kənarda avtomatik cavab və növbəti gün üçün qeyd.
  • Sifariş və rezervlər cədvələ və ya CRM-ə düşür.
  • "Operator" düyməsi — söhbət sizin telefona ötürülür.
Prosess

Adətən 3–10 gün çəkir.

01

Danışıq

10 dəqiqəlik zəng və ya WhatsApp. Nə lazımdır, kimə lazımdır, nə vaxta lazımdır.

02

Təklif

Dəqiq qiymət, dəqiq müddət, nələrin daxil olduğu. Razılaşandan sonra 50% avans.

03

Hazırlanma

İlk versiyanı 2–4 günə göstərirəm. İki dəfə düzəliş qiymətə daxildir.

04

Təhvil

Domen, hosting və bütün girişlər sizin adınıza. İlk ay dəstək pulsuz.

Müqavilə

İş sözlə deyil, müqavilə ilə görülür.

Qiymət, müddət, düzəliş sayı və təhvil şərtləri kağız üzərində yazılır.

  • 01Ödəniş 50% avans, 50% təhvildə — artıq tələb yoxdur.
  • 0230 gün zəmanət: öz işimdən çıxan nasazlıq pulsuz düzəlir.
  • 03Domen, hostinq və bütün girişlər sizin adınıza qeyd olunur.
  • 04Texniki Tapşırıq əlavə kimi imzalanır — iş həcmi dəqiq bilinir.
Qiymət

Başlanğıc qiymətlər açıqdır.

Aşağıdakılar minimum həcm üçündür. Səhifə sayı, dizayn və inteqrasiya artdıqca qiymət də artır — amma rəqəmi işə başlamazdan əvvəl deyirəm, sonra dəyişmir.

QR menyu

Kafe və restoranlar üçün ən sürətli başlanğıc.

250 ₼ / -dan

  • Mobil menyu səhifəsi
  • Çap üçün QR fayl
  • Masa dayağı dizaynı
  • Qiymət yeniləməsi — özünüz
Sifariş verin
Ən çox seçilən

Vitrin sayt

Biznesiniz Google-da və linkdə görünsün.

500 ₼ / -dan

  • Bir səhifəlik sayt
  • Domen və hosting quraşdırma
  • Əlaqə formu + WhatsApp düyməsi
  • SEO əsasları və Google Maps
Sifariş verin

WhatsApp-ın cavablandırılması

Cavabsız mesaj qalmasın.

250 ₼ / -dan + aylıq

  • Avtomatik cavab ssenarisi
  • Düymələr və menyu
  • Sifarişlərin cədvələ yazılması
  • Operatora ötürmə
Sifariş verin
Qiyməti dəyişən əlavələr
Çoxsəhifəli sayt4–6 səhifə. Hazır dizayn üzrində qurulur.500 ₼-dan
Böyük sayt7–12 səhifə, struktur və menyu planlaması ilə.900 ₼-dan
Əlavə səhifəMövcud dizayn üzrində hər bir səhifə.+70 ₼
Admin panel (CMS)Mətn, şəkil və qiymətləri özünüz dəyişirsiniz.+200–400 ₼
ÇoxdillilikHər əlavə dil. Tərcümə mətni sizdən.+80–250 ₼
Kataloq və filtrMəhsul siyahısı, axtarış, kateqoriyalar.ayrıca hesablanır
Onlayn ödənişKart ödənişi və sifariş bildirişləri.ayrıca hesablanır
Fərdi proqram təminatıUçot, CRM, daxili panel. Həcm və inteqrasiyalara görə.2500 ₼-dan
Kontent və fotoMətnlər hazır deyilsə, yazılması və şəkil seçimi.razılaşma ilə
Suallar

Ən çox verilən suallar.

Domen və hostinq kimin adına olur?

Sizin adınıza. Bütün giriş məlumatlarını təhvil verirəm. Sabah başqa developerlə işləmək istəsəniz, heç nə sizi saxlamır — bu, məndən asılılıq yaratmamaq üçün prinsipial qərardır.

Mətnləri və şəkilləri mən verməliyəm?

Varsa — əla, işi sürətləndirir. Yoxdursa, sizinlə 15 dəqiqə danışıb mətni özüm yazıram, şəkil bankından uyğun foto seçirəm. Bu, ayrıca xidmətdir və qiymətə əlavə olunur.

Menyunun qiymətlərini sonra necə dəyişəcəm?

QR menyunu şəkil yox, səhifə kimi qururam. Sadə admin paneldən qiyməti dəyişirsiniz — QR kod eyni qalır, çap edilmiş masa dayaqlarını yenidən çap etmək lazım gəlmir.

WhatsApp-ın cavablandırılması üçün ayrı nömrə lazımdır?

Cloud API istifadə edəndə həmin nömrə üzrərində adi WhatsApp tətbiqi işləmir. Ona görə adətən biznes üçün ayrıca SIM tövsiyə edirəm — şəxsi nömrəniz toxunulmaz qalır.

Fərdi proqramı hansı texnologiya ilə yazırsınız?

Əsas stek — C# və ASP.NET Core, verilənlər bazası PostgreSQL və ya MS SQL. Sistem sizin serverinizdə və ya buludda işləyə bilər. Kod tam sizə təhvil verilir, başqa komanda da davam etdirə bilər.

Ödəniş necə olur?

Razılaşandan sonra 50% avans, təhvil zamanı qalan 50%. Nağd və ya köçürmə — necə rahatdırsa. Müqavilə lazımdırsa, hazırlayıram.

İş bitəndən sonra dəyişiklik lazım olsa?

İlk ay kiçik düzəlişlər pulsuzdur. Sonrası üçün ya saatlıq işləyirik, ya da aylıq dəstək paketi bağlayırıq — hansı sizə sərfəlidirs.ə.

Əlaqə

Layihənizi 2 dəqiqəyə danışaq.

Nə istədiyinizi tam bilməsəniz də olar — nə problem olduğunu deyin, variantları özüm təklif edim.

İş saatları: B.e–Şənbə, 10:00–20:00. WhatsApp-a gecə də yaza bilərsiniz — səhər cavab verirəm.

Nə lazımdır
WhatsApp-da göndər

Məlumat heç bir serverə göndərilmir. Mesaj birbaşa WhatsApp-da açılır — göndərməzdən əvvəl redaktə edə bilərsiniz.