WhatsApp
Contract sample

Service agreement

This is a simplified version of the contract signed when working with DEVLINE.AZ. Exact terms are agreed upon for each project.

1. Tərəflər

İcraçı: DEVLINE.AZ

Sifarişçi: Müqavilədə adı göstərilən fiziki və ya hüquqi şəxs

2. Müqavilənin predmeti

İcraçı, Texniki Tapşırığa əsasən, Sifarişçinin sifarişi üzrə aşağıdakı xidmətlərdən birini və ya bir neçəsini göstərir: veb-sayt hazırlanması, QR menyu, WhatsApp avtomatlaşdırması, fərdi proqram təminatı.

3. Əsas şərtlər

  • 01 Payment is 50% advance, 50% on delivery — no further charges.
  • 02 30-day warranty: bugs caused by my work are fixed for free.
  • 03 Domain, hosting and all credentials are registered in your name.
  • 04 Technical Brief is signed as an appendix — scope is clearly defined.

4. Ödəniş qaydası

Ümumi qiymətin 50%-i avans olaraq, qalan 50%-i isə işin təhvil verilməsi zamanı ödənilir. Ödəniş nağd və ya köçürmə ilə həyata keçirilir.

5. Tərəflərin öhdəlikləri

İcraçı öhdəsinə götürür:

  • İşi razılaşdırılmış müddətdə yerinə yetirmək
  • Texniki Tapşırıqda göstərilən funksionallığı təmin etmək
  • Təhvildən sonra 30 gün ərzində öz işindən çıxan nasazlıqları pulsuz aradan qaldırmaq
  • Domen, hostinq və bütün girişləri Sifarişçinin adına təqdim etmək

Sifarişçi öhdəsinə götürür:

  • Lazım olan materialları (mətn, şəkil, loqo) vaxtında təqdim etmək
  • Ödənişi razılaşdırılmış qaydada həyata keçirmək
  • Düzəliş tələblərini aydın və yazılı formada bildirmək

6. Zəmanət və dəstək

Təhvildən sonra 30 gün ərzində İcraçının səhvindən yaranan texniki nasazlıqlar pulsuz düzəlir. Bu müddətdən sonra texniki dəstək ayrıca razılaşma ilə göstərilir.

7. Müqavilənin ləğvi

Hər iki tərəf yazılı bildirişlə müqaviləni ləğv edə bilər. Bu halda görülmüş işin həcminə uyğun haqq ödənilir. Avans işə başlanmışdırsa geri qaytarılmır.

8. Yekun müddəalar

Bu müqavilə iki nüsxədə tərtib olunur və hər iki tərəf üçün eyni hüquqi qüvvəyə malikdir. Müqavilədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll edilir.

⇩ Download in Word format ← Back to homepage